Microsoft Power BI Data analyst (PL-300) imtahanına hazırlıq kursu (azərbaycan dilində)
Ölkəmizdə ana dilimizdə resursların azlığı hələ də aktual məsələlərdən biridir. Bu problemi nəzərə alaraq sizlərə zaman-zaman bloqlar, videolar və kurslar şəklində materialları təqdim etməkdən qürur duyuruq.
Karyeranızda fərqlənmək üçün önəmli alətlərdən biri irəli səviyyədə Power BI biliklərinə sahib olmaqdır. Bu biliklərinizi daha da möhkəmləndirmək və rəsmi olaraq sınaqdan keçirmək üçün isə, Microsoft Power BI Data analyst sertifikatına yiyələnə bilərsiniz. Bu səyahətdə sizə yardımçı olmaq üçün, "Zen of Analytics" növbəti ödənişsiz kursumuzu təqdim edirik. Burada siz Whizlabs tərəfindən təqdim olunan sualların izahını və əyani nümayişini görəcəksiniz. Bu kursda aşağıdakı mövzular üzərində müzakirələr aparılmışdır:
-data vizuallaşdırması
-Azure Cognitive Services
-data modeling
-FORMAT funksiyassı
-report performance
-R ilə vizualların qurulması
-fərqli vizualların seçilməsi (line chart, scatter chart, bar chart, donut chart)
Bu mövzularla yanaşı sizə, bol-bol məqalələr də təqdim edirik. Məqalələri iki başlıqda oxumanız məsləhətdir:
-DAX
-Power BI
İmtahanın önəmli hissəsini data modeling və onun tərkibində DAX funksiyalarının tətbiqi tutur. Bu üzdən onlara dərindən yiyələnmək çox önəmlidir. Nümunələrimizdə siz aşağıdakı formulalar haqqında ətraflı öyrənə bilərsiniz:
-calculated columns, measures
-aggregation functions
-iterator functions
-variables
-table functions
İkinci önəmli hissə isə Power BI daxilində olan fərqli funksiyalar və imkanları mənimsəmək və imtahanda soruşulan ssenari əsaslı suallara hazır olmaqdır.
Bu səbəbdən sizinlə bölüşəcəyim Telegram kanalımızı izləyərək gündəlik imtahana hazırlıq səviyyənizi artıracaq resurslar ilə tanış ola bilərsiniz.
İmtahanda hər birinizə uğurlar arzulayırıq.